EN

Düzgün qidalanmanın immunitetə təsiri açıqlandı

Düzgün qidalanmamaq bədənin inkişafına, normal fəaliyyətinə və immunitetin gücünə mənfi təsir göstərir.


Pravda.az bildirir ki, belə olan halda orqanizm xəstəliklərə qarşı müqavimətsiz qalır, infeksiyalar daha ağır keçir.


Araşdırmaya görə, uşaq ölümlərinin səbəbi təkcə aclıq deyil, həm də zəif immun sistemidir. Bu vəziyyət ya irsi faktorlarla bağlıdır, ya da zəif immunitet nəticəsində inkişaf edir.


Mütəxəssislər vurğulayır ki, sağlam və balanslı qidalanma ana bətnindən başlayaraq ömür boyu sağlamlığın qorunması və xroniki xəstəliklərin qarşısının alınmasında əsas şərtdir.


Qeyd: Düzgün qidalanma immunitetin möhkəmlənməsində və xəstəliklərdən qorunmada mühüm rol oynayır.


Əminə Bayramova 

Tarix: 19 Avqust 2025, 09:35   
Chosen
97
pravda.az

1Sources