EN

Araz Naxçıvan bu gün Zirə nin qonağı olacaq

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək. SİA-nın məlumatına görə, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Misli Premyer Liqası

1-ci dövrə, I tur

19 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
4
sia.az

6Sources