EN

“Bir ekosistem” “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir ekosistem”i Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında təmsil olunub.

Tədbirdə ekosistemi “PAŞA Holding”in baş data inzibatçısı Valeh Nəbiyev, “Bir Ekosistem”in İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın data menecment ofisinin lideri Seymur Şabanlı və “Bir Ekosistem” Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.

2018-ci ildən etibarən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir “Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.

Konfransda “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev “Bir ekosistem”in bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat verib. “Bir ekosistem”i süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.

Chosen
49
28
publika.az

10Sources