EN

"Roma"nın sabiq müdafiəçisini Azərbaycana gəlməyə qoymadılar - SON DƏQİQƏ

Deyan Boldor Azərbaycan Premyer Liqasında çıxış edə bilməyəcək.

"Sumqayıt"ın transfer siyahısında yer alan rumıniyalı mərkəz müdafiəçisinin bura gəlişi alınmayıb.

Hazırda "Györ"ün formasını geyinən Boldorun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

30 yaşlı səbəbkarın özü "kimyaçılar"ın təklifinə müsbət yanaşsa da, Macarıstan klubu onunla vidalaşmaq istəməyib.

Odur ki, tərəflər arasında bir müddətdir gedən danışıqlar nəticəsiz qalıb. "Gənclik şəhəri" təmsilçisi artıq Bolidarın keçidindən əlini üzüb və rəhbərlik yeni baş məşqçi Saşa İliçi bu haqda məlumatlandırıb.

Rumıniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Roma”, “Peskara”, “Bolonya”, “Verona”, “Monreal İmpakt”, “Partizani”, “Foggia” və “Argeş Piteşti”nin şərəfini qoruyub.

SPORTİNFO.AZ

Chosen
6
sportinfo.az

1Sources