EN

Türkiyədə ağır yol qəzası baş verdi, ölənlər var

Türkiyənin Adana şəhərinin Kozan rayonunda ağır yol qəzası olub.

Bu barədə Avtosfer.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, minik avtomobili 70 metrlik uçuruma yuvarlanıb. Hadisə nəticəsində aralarında azyaşlı da olmaqla 5 nəfər ölüb.

Əraziyə jandarm, xilasedicilər, təcili yardım əməkdaşları cəlb edilib.

Qeyd edilir ki, hadisəyə sürücünün nəqliyyat vasitəsində idarəetməni itirməsi səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Chosen
25
3
avtosfer.az

4Sources