EN

Marqarita Stepanenko UNEC komandası ilə müqavilə bağlayıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan millisinin aparıcı voleybolçularından biri olan Marqarita Stepanenko karyerasını yenidən Bakıda davam etdirəcək. Təcrübəli hücumçu artıq UNEC voleybol komandası ilə müqavilə bağlayıb. O, yeni mövsümdə UNEC klubunun qələbəsi uğrunda mübarizə aparacaq.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, karyerası ərzində Polşa, Türkiyə, Rusiya, Macarıstan, Yunanıstan və İsrail çempionatlarında yarışmış M.Stepanenko ötən mövsümü İsrailin “Makkabi Aşdod” klubunda çempion kimi başa vurub. Bundan əvvəl isə o, Yunanıstanda “Panatinaikos”la həm ölkə çempionluğunun, həm də kubok qazanmağın sevincini yaşayıb. Həmçinin Rusiyanın “Minçanka”sında çıxış etdiyi vaxt komandanın ilk dəfə elit “altılığa düşməsində mühüm rol oynayıb.

Səkkiz ildən sonra Azərbaycan voleyboluna qayıdan təcrübəli oyunçu UNEC barədə fikirlərini bölüşüb: “Azərbaycana qayıtdığım və UNEC-də oynayacağım üçün çox şadam. Klubdan peşəkar yanaşma gördüm və burada olmaqdan məmnunam. UNEC-in gənc, iddialı komandası var. Mən də bu komandaya qoşularaq uğurlara imza atmaq və azarkeşləri sevindirmək istəyirəm”.

M.Stepanenko 2017-ci ildə Bakıda keçirilmiş Avropa çempionatı möhtəşəm təşkilatçılıqla yadda qaldığını xatırlayaraq deyib: “İnanıram ki, gələn il keçiriləcək Avropa çempionatında UNEC komandamız Azərbaycan azarkeşlərinin dəstəyi ilə uğurlu nəticə əldə edəcək”.

Chosen
11
6
azertag.az

7Sources