Azərbaycan qazının çatdırılması marşrutlarının və SOCAR-ın yanacaq infrastrukturunun Rusiyanın hücumlarına məruz qalması tamamilə məntiqsizdir.
Bunu politoloq Tofiq Zülfüqarov bildirib.
O, sosial şəbəkə hesabında yazıb
“Azərbaycan qazının çatdırılması marşrutlarının və SOCAR-ın yanacaq infrastrukturunun Rusiyanın hücumlarına məruz qalması tamamilə məntiqsizdir. Bəs, Qərbin hərbi yardımının çatdırılması marşrutları, o cümlədən Polşa, Macarıstanla sərhəd ərazilər və Odessadakı liman infrastrukturu niyə zərbələrə məruz qalmır?
Bu o deməkdir ki, Rusiya rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım almağa və Rusiya Federasiyası ilə müharibəni davam etdirməyə şərait yaradır.
Bütün bunlar qəribədir… sadəcə, bir növ, absurd teatrı”.
Yenisabah.az