EN

Lukaşenko və Pezeşkian ikitərəfli sənədlər imzalayacaqlar

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 20-də İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.

Bakıvaxtı.az  “Pul pervoqo” Teleqram kanalına istinadən xəbər verir ki, Pezeşkian bu gün Minskə rəsmi səfər edəcək.

Lukaşenko və Pezeşkianın görüşü Müstəqillik Sarayında məhdud və geniş formatda keçiriləcək. Daha sonra iki dövlət arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq.

Tərəflər Belarus və İran arasında ticarət, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığı, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, eləcə də Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİCS, BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, hazırda M.Pezeşkian İrəvanda rəsmi səfərdədir. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti arasında görüş keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
4
bakivaxti.az

5Sources