EN

MDB-nin Baş katibi: İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər

MDB Baş katibi Sergey Lebedev Ermənistan və Azərbaycan arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid edir.
APA xəbər verir ki, onun sözlərinə görə, bu, gələcəkdə Sədrlər Şurası və digər ali orqanların iclaslarının hər iki ölkədə keçirilməsinə şərait yaradacaq.
Lebedev bildirib ki, Vaşinqtonda İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər:
“Biz hesab edirik ki, bu, münaqişənin tam həlli və sülh müqaviləsinin əldə olunması yolunda bir mərhələdir.”
Chosen
4
4
sherg.az

5Sources