EN

Qudyalçayın Köhnə Xaçmaz kəndindən keçən hissəsində yeni piyada körpüsü inşa olunub FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Qudyalçay üzərində yeni piyada körpüsü inşa olunub. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə inşa olunan və uzunluğu 42 metr olan piyada körpüsü iki dayaqdan ibarətdir.

Körpünün eni və hündürülüyü 2,3 metrdir. Metal konstruksiyadan ibarət olan körpü günün tələbləri səviyyəsində layihələndirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni inşa olunan piyada körpüsünə baxış keçirib, sakinlərlə görüşüb.

Qeyd edək ki, piyada körpüsü Qudyalçayda suyun səviyyəsinin artması səbəbindən qəzalı vəziyyətə düşmüşdü. Ona görə də yeni körpünün inşasına zərurət yaranmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
6
sia.az

8Sources