EN

Dünya Çempionatı 2 ildən bir keçirilə BİLƏR

FİFA Klublararası Dünya Çempionatını iki ildən bir keçirmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "The Guardian" nəşri məlumat yayıb.

Bu qərarın 2029-cu ildən qüvvəyə minəcəyi və turnirdə iştirak edəcək klub sayının 32-dən 48-ə qədər artırılması düşünülür.

İyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil olunmuş yarışın son qalibi "Çelsi" olub. "Zadəganlar" həlledici matçda UEFA Çempionlar Liqasının qalibi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Mundialda Avropa qitəsindən (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
59
3
bizim.media

4Sources