EN

Xırdalanda təkər tullantıları yanır

Xırdalanda Quşçuluq yaşayış massivində təkər tullantıları yanır.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
 
Məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
 
Hazırda yanğının söndürülməsi işləri həyata keçirilir.
Chosen
50
13
moderator.az

10Sources