FIFA daha bir turnirdə dəyişikliyə getməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, klublararası dünya çempionatının iki ildən bir keçiriləcəyi bildirilib.
Qərarın 2029-cu ildən qüvvəyə minəcəyi gözlənilir. Turnirdə iştirak edəcək klub sayının da 32-dən 48-ə qədər artırılması düşünülür.
Yarışda Avropadan (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.
Qeyd edək ki, turnirin son qalibi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" olub.
Qurban Qurbanov: “Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik”
"Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”
Elçin Məsiyev pley-off matçında
Robbi Kin: "Güclü komanda ilə qarşılaşacağımızı bilirik"
"Qarabağ" Macarıstanda - FOTO