EN

Hərbi prokuror DSX-nin hərbi qulluqçuları ilə görüşdü — FOTOLAR

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşüB

Bu barədə Demokrat.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, çıxışçılar sərhədçilərin peşə bayramını təbrik ediblər. Həmçinin onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmi ilə əldə olunan uğurlardan, eləcə də qüdrətli Silahlı Qüvvələrin, o cümlədən DSX-nin formalaşdırılmasından, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən bəhs ediblər.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçuların məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibəti ilə hədiyyələr təqdim edilib.













Chosen
12
31
demokrat.az

10Sources