4-10 avqust tarixlərini əhatə edən siyahıda serial kateqoriyasında Kanal D-nin məşhur layihəsi "Uzak Şehir", ulduz türk aktyorlar Çağatay Ulusoy və Demet Özdemiri bir araya gətirən "Eşref Rüya", həmçinin türk televiziya tarixinin ən uzunömürlü serialı olan "Arka Sokaklar" üst sıralarda yer alıb.
News24.az-ın məlumatına görə, türk aktyorları siyahısında Demet Özdemir, Cemre Baysel və Sinəm Ünsal adları ön plana çıxarılıb.
Serialların yeni sezonunun başlamasına az qalan bu müddətdə diqqət sosial medianın ən populyar aktyorlarına yönəlib. Həmçinin ikinci sezonu səbirsizliklə gözlənilən "Uzak Şehir" 10 min 200 paylaşım ilə sosial mediada birinci olub.
Xeyrənsə Piriyeva