EN

Xırdalanda güclü YANĞIN – VİDEO

Xırdalanda Quşçuluq yaşayış massivində təkər tullantıları yanır.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində təkər tullantıları yanması barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək. (Report.az)
Bizim.Media

Chosen
51
13
bizim.media

10Sources