EN

“Avtoş”luq edən “Niva” sürücüsü belə saxlanıldı — ANBAAN VİDEO

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, insan həyat və sağlamlığı üçün real təhdid hesab edilən və hərəkət iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər bundan sonra da görüləcək", - məlumatda bildirilir.

Chosen
8
16
demokrat.az

10Sources