Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Ermənistan və İran üçün sərhədlərin toxunulmazlığı və dövlətlərimiz arasında fasiləsiz əlaqə həyati əhəmiyyət kəsb edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla birgə bəyanatı zamanı deyib.
"Mən cənab prezidentə avqustun 8-də imzalanmış birgə bəyannamənin, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında paraflanmış sazişin təfərrüatlarını təqdim etdim", - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, kommunikasiya marşrutları Ermənistanın yurisdiksiyasında olacaq: "Bir daha aydın şəkildə vurğulamaq istərdim ki, Ermənistan ərazisindən keçən kommunikasiya marşrutları müstəsna olaraq Ermənistanın yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan təmin edəcək.
Ermənistan İranla strateji münasibətlərə böyük əhəmiyyət verir. Əminəm ki, hökumətlərimizin davamlı fəal səyləri sayəsində biz dost xalqlarımızın və dövlətlərimizin rifahı naminə birgə yeni birgə proqramlar həyata keçirəcəyik".
Ağarza Elçinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.