“Liverpul”un futbolçusu Ben Douk “Bornmut”a keçir.
İnsayder Fabritsio Romanonun məlumatına görə, mersisaydlılar şotlandiyalı hücumçunun keçidindən 25 milyon funt sterlinq (təxminən 29 milyon avro) qazanacaqlar. 19 yaşlı oyunçu ilə maraqlanan “Portu” artıq bu transfer yarışından çəkilib.
Ben “Liverpul”a 2022-ci ildə “Seltik”dən keçib. O, ötən müddətdə mersisaydlıların əsas komandasında 10 oyuna çıxıb. Doukun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.