EN

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakı, 19 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Chosen
63
49
azertag.az

10Sources