EN

Tanınmış prodüser Rusiyaya buraxılmadı

“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.
NOCOMMENT.az xəbər verir ki, Emin Əfəndi “Olay”a açıqlamasında faktı təsdiqləyib.
Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.
Əvvəlcə ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyilsə də, məsələnin məğzi başqa olub.
Onun ölkəyə buraxılmama səbəbi şəxsi “Teleqram” kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub.
“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var. Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, – Emin iyulun 22-də “Teleqram”da yazıb.
Həmçinin, o, iyulun 29-da “Dream Fest”lə bağlı paylaşım edərək, rus ulduzların tədbirdə iştirak etməməsinə münasibət bildirib:
“Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.
Nə olur olsun, bizimkilər “şimallılardan” geri qalmır. Bu, sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə”.
Qeyd edək ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər Teleqram kanalında aktivlik göstərir. Siyasi, mədəni və digər sahələrlə bağlı şərhləri ilə diqqət çəkir.
Eminin ölkəyə buraxılmama səbəbi isə şəxsi Teleqram kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub. Onun söylədiyi həqiqətlər “qonşu”larımızı qıcıqlandırıb.
“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var.
Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, – deyə, Emin 22 iyulda “Emin Efendi” adlı Teleqram kanalında yazıb.
Həmçinin, o, 29 iyulda “Dream Fest”lə bağlı paylaşım edərək rus ulduzların tədbirdə iştirak etməməsi haqda bu fikirlərə yer verib:
“Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.
Nə olur olsun, bizimkilər “şimallılardan” geri qalmır. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə”.
Chosen
22
35
nocomment.az

10Sources