EN

Goranboyda 11-ci sinif şagirdi itkin düşüb

Goranboy rayonunda məktəbli itkin düşüb.

Rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi, Ümid Azad oğlu İsayev ötən gün evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Bu barədə itkin düşən Ümid İsayevin yaxınları tərəfindən məlumat verilib. Bildirilib ki, Ü.İsayev evdən çıxan zaman başında kepka və gözündə eynək olub.

Məktəblinin itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

 

Chosen
71
4
7news.az

10Sources