EN

Ceyhun Bayramov Nepalın xarici işlər naziri ilə danışıb

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

XİN-dən AzVision.az -a verilən xəbərə görə, Nepalın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı liderlər arasında keçirilmiş Sammitdə Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəli siyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. Nepalın Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb. Bu il 30 illiyini qeyd etdiyimiz diplomatik münasibətlərin intensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumət missiyasının, Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Telefon danışığı zamanı, kitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri nəzərdən keçirilib. İki ölkə arasında beynəlxalq təşkilatlarda, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
20
azvision.az

10Sources