EN

“TRIPP-də təhlükəsizliyi İrəvan təmin edəcək” - Paşinyan

Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarına nəzarəti və təhlükəsizliyini üçüncü ölkə deyil, İrəvan təmin edəcək.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda İran prezidenti Məsud Pezeşkianla birgə keçirdiyi brifinqdə bildirib.

“Vurğulamaq istərdim ki, Ermənistan ərazisindən keçən kommunikasiyalar müstəsna olaraq Ermənistanın yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan təmin edəcək”, - o bildirib. pizza

Paşinyanın sözlərinə görə, o, Pezeşkianla regional sülh və regional iqtisadi kommunikasiyaların qarşısının alınması məsələlərini hərtərəfli müzakirə edib.

"Ermənistan İranın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı aydın mövqeyini yüksək qiymətləndirir. Beynəlxalq sərhədlərin toxunulmazlığı və ölkələrimiz arasında maneəsiz əlaqə həyati əhəmiyyət kəsb edir", - Paşinyan qeyd edib.

O bildirib ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampla imzalanmış birgə bəyannamənin, eləcə də Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin təfərrüatlarını İran prezidentinə təqdim edib:

"Bu proses regionun iqtisadi inkişafı üçün böyük perspektivlər açmağa yönəlib. Mən İran prezidentinə bu hadisələrə obyektiv qiymət verdiyinə görə minnətdaram".


Telegram kanalımız
Chosen
12
yenisabah.az

1Sources