EN

Liderin gücü: iki foto, bir həqiqət

Bir foto saatlarla davam edən çıxışlardan, səhifələrlə yazılan məqalələrdən, qalın diplomatik kitablardan daha çox şey deyir. İki kadr, iki fərqli mənzərə və liderliyin mahiyyətini açıq göstərən mesaj.

Birinci foto ötən gün çəkilib, Avropanın nüfuzlu liderləri Oval Ofisdədir. Hamısı səliqə ilə düzülüb, diqqətlə Trampı dinləyir. Sanki auditoriya qarşısında oturublar, müəllim danışır, tələbələr qeydlər aparır. Masanın arxasında isə yalnız bir nəfər var - Donald Tramp. 

Onun baxışlarında hökm, mövqeyində güc var. Avropa liderlərinin hamısı bir yerdə olsa da, bu kadrda gücsüz görünürlər. Qoca qitənin siyasi mərkəzləri uzun müddətdir inamsızlıq girdabına düşüb və bu foto həmin böhranı daha qabarıq göstərir. Liderlik çatışmır, iradə yoxdur.

İkinci foto avqustun birinci ongünlüyündə çəkilib. Bu dəfə bir nömrəli ofisdəki masanın yanında Azərbaycan Prezidenti İlham Əliyev oturub. Qarşıda deyil, arxada da deyil, bərabər mövqedə.

Danışır, izah edir, arqumentlərini ortaya qoyur. Tramp isə diqqətlə dinləyir. Bu sadə görünən detal əslində böyük bir həqiqəti göstərir: Azərbaycanın səsi artıq qlobal masada bərabər səviyyədə eşidilir. Burada İlham Əliyev sadəcə qonaq deyil, tərəfdaşdır.

Diplomatiya incə mesajlarla ölçülür. Kimin harada oturduğu, kim dinləyir, kim danışır, bütün bunlar dövlətlərin real çəkisini göstərir. Birinci fotoda Avropa liderlərinin zəifliyi açıq görünürsə, ikinci fotoda Azərbaycan liderinin gücü, özünəinamı və iradəsi hiss olunur.

Bu iki kadr arasındakı fərq həm də beynəlxalq münasibətlər üçün bir dərsdir, iradə, cəsarət və liderliyin göstəricisidir. 

İki foto arasındakı fərq bizə daha bir həqiqəti xatırladır: dövlətin gücü ilk növbədə onun liderinin gücündən başlayır.

Elnur Əmirov

Chosen
2
1
modern.az

2Sources