Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində baş verən yanğının qarşısı alınıb.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
12.46
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində təkər tullantıları yanması barədə ilkin məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.