EN

Rəşad Mehdizadə vəzifəsindən ayrıldı

Ajans.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. "Mənim üçün asan olmayan, amma karyeram üçün vacib bir qərar verdim. Yeddi ildən çoxdur çalışdığım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindəki fəaliyyətimə öz xahişimlə yekun vururam.

İndi isə qarşıda məni yeni bir mərhələ, yeni çağırışlar və fərqli hədəflər gözləyir. Əminəm ki, burada qazandığım bilik və təcrübə gələcək işlərimdə də mənə yol göstərəcək", - deyə Rəşad Mehdizadə qeyd edib.

Chosen
79
12
Ajans.az

10Sources