EN

“Ferentsvaroş”un iştirak ərizəsində dəyişiklik hücumçu əlavə edildi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Ferentsvaroş” Çempionlar Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini açıqlayıb. Məlum olub ki, “yaşıl qartallar”ın heyətində dəyişiklik var.“Football-plus.az” xəbər verir ki, Budapeşt təmsilçisi zədəli yarımmüdafiəçisi Habib Mayqanın adını iştirak ərizəsindən çıxarıb. Onun yerinə yay “transfer pəncərəsi”ndə alınan avstriyalı hücumçu Daniel Arzani əlavə olunub.Xatırladaq ki, Mayqa 3-cü təsnifat mərhələsinin “Ludoqorets”ə qarşı cavab oyununda (3:0) zədələnib. Bu futbolçuyla yanaşı, “Qarabağ”ın sabiq oyunçusu Julio Romaonun da adı iştirak ərizəsində yoxdu.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
1
icma.az

2Sources