“Qalatasaray” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin futbolçusu Manuel Akanjini transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, İstanbul klubu isveçrəli müdafiəçi üçün rəsmi təklif göndərib. 30 yaşlı oyunçunun meneceri yaxın günlərdə danışıqlar üçün İstanbula gələcək.
Akanji 2022-ci ildə Dortmund “Borussiya”sından “Siti”yə keçib və hazırda klubla müqaviləsi davam edir.