EN

Ayda 1-2 dəfədən artıq yemək olmaz! – Həkim xəbərdarlıq etdi

Dondurmanın qaraciyərə zərərli təsiri barədə xəbərdarlıq edilib.

Açıqlama verən “Sağlam qidalanma” Elmi Mərkəzinin icraçı direktoru, həkim-dietoloq, hepatoloq Nuriya Dianova bildirib ki, qaraciyər yağ və karbohidrat mübadiləsinə cavabdehdir və onların artıq miqdarı orqanın yüklənməsinə səbəb olur.

Onun sözlərinə görə, dondurmadan imtina etmək daha yaxşıdır, amma alternativ variant mövcuddur. Belə ki, süd yağı əvəzediciləri ilə hazırlanan dondurma xolesterinin və zərərli yağ turşularının miqdarını azaldır, faydalı yağ turşularını isə artırır. Bu cür məhsullarda sağlamlığa ziyanlı transizomerlər olmur.

Dianova qeyd edib ki, plombir və eskimo əvəzinə meyvəli buz da seçilə bilər, lakin belə məhsullarda şəkərin miqdarına diqqət yetirmək vacibdir. O əlavə edib ki, təbii dondurma süd, qaymaq və kərə yağından hazırlanır və tərkibində zərərli yağlar olur. Onu tez-tez yemək qaraciyər xəstəliklərinin riskini artırır. Mütəxəssislərin tövsiyəsinə görə, belə dondurmanı ayda bir-iki dəfədən artıq yemək olmaz./Milli.az/

Chosen
11
6
veteninfo.az

7Sources