EN

Vaşinqton görüşündə Ukrayna üçün silah sövdələşməsinin maliyyələşdirilməsi müzakirə olunmayıb

Bazar ertəsi Avropa, ABŞ və Ukrayna liderləri arasında keçirilən çoxtərəfli görüşdə Ukraynaya silah tədarükü haqqında sövdələşmənin maliyyələşdirilməsi məsələsi müzakirə olunmayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta Brüsseldə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bu səbəbdən həmin məsələni şərh edə bilməz.

"Aİ-nin həm də Ukrayna ilə birlikdə Avropanın sənaye sahələrinin inteqrasiyası və müdafiə xərclərinin və innovasiyaların təşviqini əhatə edən təhlükəsizlik proqramı var", - A.Podesta bildirib.

Bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa 90 milyard dollar dəyərində silah alışı ilə bağlı təkliflər paketi təqdim etdiyini bildirib.

Chosen
2
report.az

1Sources