EN

Azərbaycan mikromaliyyəçilərinin I yarımildəki fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyi və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

"Report" AMB-yə istinadən xəbər verir ki, görüşdə bu ilin I yarısında bank olmayan kredit təşkilatlarının fəaliyyətinin nəticələri, bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri geniş müzakirə olunub.

Alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində AMB-nin yeni maliyyə alətlərindən istifadə və dövlət fondları ilə əməkdaşlıq perspektivləri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət potensialları və real sektorun maliyyələşdirilməsinin zəruriliyi, institusional potensialın gücləndirilməsi ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, həmçinin növbəti dövrdə birgə görüləcək işlər müəyyən edilib.

Chosen
10
5
report.az

6Sources