EN

Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat edib.

KONKRET.az bildirir ki, bu barədə APA-ya şair Ehtiram İlham xəbər verib.

O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzun Əsrik-Cırdaxan kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

“Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, C.Cabbarlı adına Azərbaycanfilm studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini və sair vəzifələrdə çalışıb, o cümlədən 1992–1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, həmçinin Türkiyədə pedaqoji fəaliyyət göstərib.

14 yaşından bədii yaradıcılıqla məşğul olan Məmməd İsmayıl “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün” və başqa şeir kitablarının müəllifidir.

Allah rəhmət eləsin.

Chosen
58
17
konkret.az

10Sources