Lənkəranın Tükəvilə kəndində süni göldə 18 yaşlı oğlan batıb.
Editor.az FHN-ə istinadla xəbər verir ki, boğulan kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.