EN

Mərkəzi Bankda BOKT-ların yarımillik fəaliyyət nəticələri müzakirə edildi

BAKI, 19 avqust. TELEQRAF

Mərkəzi Bankda cari ilin birinci yarısında bank olmayan kredit təşkilatlarının fəaliyyət nəticələri, bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri geniş müzakirə olunub.

Teleqraf xəbər verir ki, AMB-nin baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyasının və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

Görüşdə alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində Mərkəzi Bankın yeni maliyyə alətlərindən istifadə və dövlət fondları ilə əməkdaşlıq perspektivləri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət potensialları və real sektorun maliyyələşdirilməsinin zəruriliyi, institusional potensialın gücləndirilməsi ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, həmçinin növbəti dövrdə birgə görüləcək işlər müəyyən edilib.

Chosen
11
5
teleqraf.com

6Sources