Demokrat.az Milli Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, bonus fondu çempionatda iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.
Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 manat) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 manat) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarının yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Çempionat çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
10Sources
-
bakivaxti.azKlublara nə qədər mükafat veriləcək? AFFA ( 20499570)
-
bakivaxti.azKlublara nə qədər mükafat veriləcək? - AFFA ( 20499564)
-
modern.azKlublara nə qədər mükafat veriləcək? - AFFA açıqladı ( 20498772)
-
referans.azAFFA buna görə klublara pul ödəyəcək — MƏBLƏĞ ( 20494791)
-
cebheinfo.azAFFA klublara veriləcək mükafatı açıqladı ( 20494638)
-
tribunainfo.azYerli futbolçularla bağlı mükafat mexanizmi açıqlandı – 1 milyon… ( 20494509)
-
sitat.infoYerli futbolçularla bağlı mükafat mexanizmi açıqlandı - 1 milyon... ( 20493744)
-
demokrat.azAFFA buna görə klublara pul ödəyəcək — MƏBLƏĞ ( 20493102)
-
qafqazinfo.azYerli futbolçularla bağlı mükafat mexanizmi açıqlandı 1 milyon... ( 20492292)
-
football-plus.azAFFA yerli futbolçuların oynamasına görə mükafat mexanizmini açıqladı ( 20492214)