EN

İsveçrə XİN: Putin danışıqlar aparmaq üçün ölkəyə gələrsə, ona toxunulmazlıq hüququ veriləcək

Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi verdiyi Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenski ilə Ukrayna üzrə sülh danışıqları aparmaq üçün İsveçrəyə gələrsə, ölkə ona toxunulmazlıq hüququ verəcək.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə İsveçrənin xarici işlər naziri İnyatsio Kassis mətbuat konfransında bildirib.

Chosen
88
2
report.az

3Sources