EN

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... Məmməd İsmayılın şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az bu gün vəfat edən tanınmış şair Məmməd İsmayılın şeirlərini təqdim edir.

Hələ yaşamağa dəyər bir az da

Meşә çığırları dönüb bir çaya,

Torpaq yağışlardan bәhrәlәnibdir,

Necә gözәl olub tәbiәt, Allah-

Quru kötüklәr dә pöhrәlәnibdir!

Gәzmәk istәyirәm dünyanı yazda

Hardasa, hardasa mәni duyan var,

Hәlә yaşamağa dәyәr bir az da.

Tәkliyi keçmişә ötürmәliydim,

Ömrümә bir yoldaş götürmәliydim.

Bacım arzudaydı,

anam murazda

Hardasa, hardasa mәni sevәn var,

Hәlә yaşamağa dәyәr bir az da.

Yollar eniş-yoxuş,

bәlәn-bәlәndi.

Yollar

min ildir ki, gedib gәlәndi.

Tәzәydi,

köhnәydi,

nәydi, bilmәdim,

Talada çığırlar qafiyәlәndi…

Dünәn Bethovini çaldılar sazda,

Hardasa, hardasa bizi duyan var,

Mәnim bir gecikmiş mәhәbbәtim var,

Dönüb nağıllaşan hәqiqәtim var.

Sәni sәslәyirәm, ay ev yiyәsi,

Sәsimә sәs versin o tayda kim var.

Dodaqlarda donan bir busә kimi

Harda görünüb ki, sönә arzular.

Qıvrıla-qıvrıla bir gürzә kimi

Әsrin ovsununa yatıb Araz da.

Dünyanın işini nә bilmәk olar

Hәlә yaşamağa dәyәr bir az da,

Hәlә yaşamağa dәyәr bir az da.

Bir adam yol gedir bizdən qabaqda

Hərdən üz çevirib taleyə, baxta,

Çıxdığı səfərdən qorxub qaçan var.

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var.

Bizi səsləyirdi verdiyi vaxtda,

Biz hələ dünyaya gələnə kimi.

Bir adam yol gedir bizdən qabaqda,

Anadan olandan ölənə kimi.

İnanma, qəm qəmə yovuşar çətin,

Düzlüyün eləsi, beləsi yoxdu.

Kərəm sevgisinə qovuşar çətin,

Kimin ki, qarşıda Lələsi yoxdu.

Talanar sevdalar, bulanar sular

Yağanda hicranın kəpənək qarı.

Ürəklər qırılar, yollar ayrılar,

Olmasa qabaqda bir İpək qarı.

Yaz da Yer üzünə boşuna gəlmir,

Boşuna sovuşmur ağır xatalar.

Qabaqda gedənin xoşuna gəlmir

Qabağa düşəndə harın atalar.

Gedir qədəmindən nur yağa-yağa,

Yolları ölümdü-itimdi, bilmir.

Qəlbinə yatanı çəkir qabağa,

Arxalı, arxasız, yetimdi, bilmir.

Yolundan döndərməz duman da, çən də,

Kiminsə sözünü deməyə gedir.

Yerin bu üzündən duyuq düşəndə

Yerin o üzünə köməyə gedir.

Kələfin ucunu axtar özündə,

Hazır ol qəfildən gələn qəmə də.

Ağ atlı oğlan var bu yer üzündə,

Çıxar qabağına hər məhkəmədə.

Nədir anaların dilində muraz,

Görən gələcəyi gözündən öncə?..

Maşın işığına bənzəyir bir az

İnsanın əməli özündən öncə.

Bir nurlu sahil var hələ sabahda

Qaranlıq sulara yol açar avar.

Bir adam yol gedir bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var!

Təzədən mən sənə qayıdacağam

Düşüb aralığa həftələr, aylar,

Qalmısan ömrümün ötən ilində.

Bir həsrət sinəmdən səni haraylar,

Məhəbbət, sədaqət, sevgi dilində.Bir eşqin uğursuz qədəmi kimi

Demə, aramızı soyudacağam.

Limana qayıdan bir gəmi kimi-

Təzədən mən sənə qayıdacağam.

Şöhrətdən gözümə gur işıq düşüb,

Elə bilmişəm ki, yenilməz dağam.

Bircə xəyalına gətir sən məni,

Fikrim də, yolum da dolaşıq düşüb, –

Həmişə narahat edirsən məni.

Kimi oyatmamış de, həsrət, kimi –

Anadan olduğum doğma kənd kimi,

Təzədən mən sənə qayıdacağam.

Yolundan, qəlbindən, yadından çıxıb,

Haçansa mən səndən buxarlanmışam.

Eşqin alovundan, odundan çıxıb,

Dolan bulud kimi qübarlanmışam.

Bir çılğın şimşəyə bəndəm ki, yağam, –

Quraqlıqda yağan yağışlar kimi,

Nifrəti soyumuş baxışlar kimi,

Təzədən mən sənə qayıdacağam.

Demə ki, ay aydan, il ildən keçib;

Hicranın görüşlə bağrını yarıb,

Döyüb könülləri, ünvan axtarıb,

Neçə gözdən keçib, könüldən keçib,

Hələ xoş duyğular oyadacağam.

Duyub gileyini, duyub ərkini,

Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

Surətin – gözümdən çəkilən yuxu,

Bulud kirpiklərin yağışla dolu.

Mənim bu gecikmiş peşimanlığım

Həyat yollarımda bələdçim olub.

Bu yeni fərəhlə, fikirlə, hisslə

Elə bilirəm ki, körpə uşağam.

Ayların, illərin uzaqlığından

Sinəmə saldığın cığırla, izlə

Təzədən mən sənə qayıdacağam.

Təzədən mən sənə qayıdacağam!

Ağacdələn, döy qapımı

Yol azmısan bu payızın çәnindә

Ağacdәlәn, ağlın azıb sәnin dә,

Dәn gәzirsәn saçlarımın dәnindә

Atamoğlu, az qapımı döy görüm.

Bu cığırı bu qara kim bürüyüb?

Burda kimin yanan qәlbi kiriyib?

Hәyәtini qara yellәr kürüyüb

Başımıza nәlәr gәlir qoy görüm.

Haçanacan gözlәmәyә gәlmisәn?

Yoxsa mәnә söz demәyә gәlmisәn?

Ya borcunu istәmәyә gәlmisәn?-

Öz dilindә ünvanımı söy görüm.

Mәn dünyaya ata, ana borcuyam,

Ünvanım var, bu ünvana borcluyam.

Bir canım var, bircә cana borcluyam,

Özgә nәyә, taraq-taraq say görüm.

Bulaq kimi batan bәxti açılmaz,

Hәr iğidin atam, bәxti açılmaz…

Hәlә yatır, yatan bәxtim açılmaz,

Yatmışların yuxusuna qıy görüm.

Eldәn ayrı ömür olmaz, gün olmaz,

Eli sevәn ürәklәrdә kin olmaz.

Nәdәn Araz arzularım çin olmaz

Haçanacan yuxularda çay görüm?

Avand işim nәhsә düşüb deyәsәn,

Vaxt mәnimlә bәhsә düşüb deyәsәn.

Qulaqlarım sәsә düşüb deyәsәn,

Şimşәk çaxsın, guruldasın göy görüm.

Yavaş-yavaş çürümәdә taxda, bax.

O taxtada ovxam olan vaxda bax.

İnad olub nә döyürsәn baxda-baxt,-

Açılmayan düyünlәri duy görüm.

Elә yanır döyüşlәrin yanğısı

Nә tәsәlli söndürәcәk, nә dә su.

Mәnim qapım Yer üzünün qapısı

Ağacdәlәn, döy qapımı, döy görüm,

Başımıza nәlәr gәlir goy görüm..

Unutduğun yerdəyəm

-Bahar, hardan gәlirsәn?

-Haqqı bulduğum yerdәn.

-Yaz, hayandan gәlirsәn?

-Yaşa dolduğum yerdәn.

-Güz, hayandan gelirsәn?

-Xәzan olduğum yerdәn.

-Qış, hayandan gәlirsәn?

-Unudulduğum yerdәn.

Ötәn ömrün yasında,

Quzey yaxasında mәn.

Gün bulud arxasında

Gurbәt arxasında mәn.

Varmı vәrәn bir soraq

Nerdәyәm mәn, nerdәyәm?

Yaddaşına yaxşı bax,

Unutduğun yerdәyәm.

Gözəldir

Gözlәrin çağlayan sevgi dәnizi

Görәnin açılar bәti-bәnizi.

Qalxız kipriyini gülsün dan üzü

Ağ qara üstündәn halә gözәldir.

Sәhәrin şehindә gәz ayaqyalın,

Meh әssin çiyninә sürüşsün şalın.

Ayrı lәzәti var yaşılla alın,-

Zәmilәr içindә lalә gözәldir.

Çәkmәzsәn qәhrini varın, yoxun sәn.

Şirin bir nәğmәsәn әgәr oxunsan.

Dönüb qızıl olar daşa toxunsan,-

Sәni sayә salan tale gözәldir.

Hәsrәt dәnizinin adası mәnәm.

Sәn eşqin özüsәn, sәdası mәnәm.

Qara gözlәrinin qadası mәnә,-

Gözәldәn gәlәcәk bәla gözәldir.

Yar ol dәrd bilәnә, yar olanda da,

Yoluna göz diksin yorulanda da.

Elәsinә vurul vurulanda da,-

Desinlәr, ay Mәmmәd, әla gözәldir.

"Milli Mətbuat günü: Sözün Zəfəri" adlı seminar keçiriləcək

Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar

Növbəti "Kaş Caz Festivalı" keçiriləcək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
1
kulis.az

2Sources