EN

Dövlət borcu ilə bağlı proqnoz açıqlanıb

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20.121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Yenisabah.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2 faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur. Sezar pizza

2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0 faizi 2-3 illik, 30,0 faizi isə 5-il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.


Telegram kanalımız
Chosen
10
21
yenisabah.az

10Sources