EN

Pezeşkian: "Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik" - VİDEO

Bu gün İrəvanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə keçirilən mətbuat konfransında Bakı və İrəvan arasındakı sülh prosesindən danışıb.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, prezident Tehranın Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəklədiyini bildirib.

"Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın məqsədi Ermənistanla münasibətləri bütün aspektlərdə inkişaf etdirmək və onu strateji səviyyəyə qaldırmaqdır", - deyə M.Pezeşkian bildirib.

 

Chosen
4
moderator.az

1Sources