EN

"Milan" Ukrayna millisinin hücumçusunu transfer etməyi planlaşdırır

İtaliya təmsilçisi "Milan" Ukrayna millisinin hücumçusu Artem Dovbiki transfer etməyi planlaşdırır.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" hücum xəttini gücləndirmək üçün 28 yaşlı forvardı sıralarına cəlb etməyi düşünür.

Mənbənin məlumatına görə, “Roma” futbolçunu satmağa hazırdır, lakin hazırda klublar arasında danışıqlar getmir.

Qeyd edək ki, Artem Dovbik ötən mövsüm "Roma"nın heyətində 45 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
14
2
report.az

3Sources