EN

Deputat Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqini təklif edib

Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında üç əcnəbi turistin nalayiq hərəkətlər etməsi və həmin videogörüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətimiz tərəfindən haqlı şəkildə sərt tənqid olunmaqdadır.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələ ilə bağlı dərhal prinsipial və sərt mövqe sərgiləyib:

“Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin şəxslər 13 avqustda ölkəyə turist kimi daxil olub, beş günlük səfərləri çərçivəsində bu hadisəni törədib və sosial şəbəkələrdə paylaşıblar. Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb, hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə araşdırmalar davam edir”.

Deputat bildirib ki, Azərbaycan xalqı tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşıb:

Chosen
77
1
aznews.az

10Sources