EN

Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri BinəliYıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan vəbölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanmasımünasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.

Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclüliderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdənregional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkrettəzahürüdür.

Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarətəlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıqmünasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malikbir layihədir.

Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra daregional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasındaqabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.

Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının “Birmillət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə,ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra daçoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlıtərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm".

Chosen
26
41
az.trend.az

10Sources