EN

Azərbaycanda həm qadınlar, həm də kişilər kökəlib - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycanda əhalinin orta boy və çəkisinə dair göstəricilər məlum olub.

Modern.az bu barədə Dövlət Statistika Komitəsinin hazırladığı “Ev təsərrüfatları tədqiqatının yekunları” statistik məcmuəsindən məlumat əldə edib.

Məlumata görə, 2024-cü ildə ölkə əhalisinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,4 santimetr təşkil edib.

Kişilərin orta çəkisi 73,8 kq, orta boyu 171,5 sm-dir. Qadınlarda isə bu göstəricilər müvafiq olaraq 66,1 kq və 163,7 sm-dür.

Müqayisə üçün, 2023-cü ildə kişilərin orta çəkisi 73,4 kiloqram, orta boyu isə 171,3 santimetr olub. Qadınlarda isə göstəricilər müvafiq olaraq 65,8 kiloqram və 163,6 santimetr təşkil edib.

Rəqəmlər göstərir ki, son bir ildə həm kişilər, həm də qadınların orta boy və çəkisində cüzi artım qeydə alınıb.

Elnur Əmirov

Chosen
27
2
modern.az

3Sources