EN

​“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi Belə olacaq

ain.az bildirir, Metbuat portalına istinadən.

“WhatsApp” istifadəçi təcrübəsini artırmaq üçün yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeni funksiya istifadəçilərə süni intellektlə işləyən kömək təklif edir. Yenilik Tətbiqin iOS beta versiyasında müşahidə edilib. Məlumata görə, bu köməkçi istifadəçilərə göndərdikləri mesajlarda kömək edir. Bildirilir ki, istifadəçi qaralama yaradır və AI qaralamadakı səhvləri aradan qaldırır mətni anlaşılan, göndərilə bilən mesaj edir. “WhatsApp”ın yeni funksiyasından istifadə etmək olduqca sadədir.

İstifadəçilər mesaj yazmağa başlayanda stiker işarəsinin karandaş ikonasının dəyişdiyini müşahidə edəcəklər. Ona toxunduqdan sonra MetaAI ilə işləyən yazı köməkçisi aktivləşəcək. İstifadəçilər onlara təqdim olunan təkliflərdən birini seçib çata göndərə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
23
metbuat.az

10Sources