EN

Putin Zelenskiyə sürpriz təklif irəli sürdü

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşmək təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bunu Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı ifadə edib. "Agence France-Presse" agentliyinin məlumatına görə, Vladimir Putin Trampla telefon söhbəti zamanı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Məlumata görə, həmin vaxt Ağ Evdə olan Zelenski təklifi rədd edib. Tramp Putinin təklifini Zelenski Avropa liderlərlə Ağ Evdə olarkən ona çatdırıb.

Qeyd edək ki, Donald Tramp və Volodimir Zelenski Ağ Evdə Avropalı liderlərin də iştirakı ilə birgə görüş keçirib. Görüş zamanı fasilə verilib və Donald Tramp Valdimir Putinlə telefonda söhbət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
metbuat.az

10Sources