EN

Gəncədə 15 yaşlı oğlan öldürüldü, həmyaşıdı saxlanıldı - YENİLƏNİB

Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

***

Gəncədə qətl hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Chosen
75
11
news24.az

10Sources