EN

ŞOK: Putin Zelenski ilə Trampı kənarda qoyaraq təkbətək görüş tələb edib – Politico

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla son telefon danışığı zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə təkbətək görüşməkdə israr edib.

Editor.az xəbər verir ki, Politico-nun yüksək rütbəli ABŞ administrasiyası rəsmisinə istinadən yaydığı məlumata görə, Tramp üçtərəfli sammit təşkil etməyi təklif etsə də, Kreml yalnız ikitərəfli formatı qəbul etməyə hazır olduğunu bildirib.

Mənbənin sözlərinə görə, Vaşinqtonda bu mövqe müəyyən narahatlıq yaradıb, çünki Putinin Trampı prosesdən kənarda saxlamaq cəhdi danışıqların gələcək gedişatına təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
4
editor.az

1Sources