EN

Təhlükəsizlik zəmanətləri üzrə komissiya yaradılır...

ABŞ, Avropa və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti təklifi hazırlayacaq komissiya yaradıb.

SİA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə Kiyev üçün ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin yüksək rütbəli rəsmilərinin təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı təklif üzərində işləməsi gözlənilir.

Portalın mənbələri qeyd edib ki, komissiyanın rəhbəri ABŞ dövlət katibi, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubiodur.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı ərazi məsələlərini müzakirə etmək üçün onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşünün zəruriliyini qeyd edib. Eyni zamanda o, rusiyalı həmkarını bu məsələnin müzakirəsində realist olmağa çağırıb

Chosen
55
8
sia.az

10Sources