EN

Əcnəbi forvard Azərbaycan klubu üçün Bakıya gəldi

"Səbail"in düşərgəsinə yeni əcnəbi futbolçu qoşulub.

Söhbət iranlı Əli Babayidən gedir.

24 yaşlı legioner Bayıl təmsilçisinə birbaşa müqaviləyə yox, yoxlanışa gəlib.

Mərkəz hücumçusu baş məşqçi Elvin Məmmədovun ümidlərini doğruldacağı halda onunla anlaşma imzalanacaq.

Forvard karyerası ərzində ölkəsində "Naft Novin", "Sepahan", "Peykan" və "Maşınsazi"də çıxış edib.

Kosovoda ("Dukaqjini", "Ferizaj") və Türkiyədə ("Keçiörengücü) legioner həyatı yaşayıb.

Əli İranın U-19 yığmasında forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
14
sportinfo.az

1Sources